N/A°C Bakı
1$ = 1.70₼
Daxili xəbərlər | Dünya

Azərbaycan sülhməramlıları Misirlə İsrail sərhəddində yerləşdirilə bilər - KİV

30-oktyabr-2025
Turan Hüseynli
Azərbaycan sülhməramlıları Misirlə İsrail sərhəddində yerləşdirilə bilər - KİV
Yazı Ölçüsü:
ABŞ yaxın həftələrdə Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi planını təqdim edəcək.
"PostMedia" "Axios"a istinadən xəbər verir ki, bu qüvvələrin tərkibində Azərbaycan, Misir, İndoneziya və Türkiyə nümayəndələri, eləcə də Fələstin polis bölmələri yer alacaq.
Mənbələrin bildirdiyinə görə, beynəlxalq qüvvələr Qəzzənin Misir və İsraillə sərhəd hissəsində yerləşdiriləcək. Layihənin uğuru Fələstin hərəkatı HƏMAS-ın silahı yerə qoymasından asılı olacaq.
ABŞ rəsmiləri qeyd ediblər ki, planın həyata keçirilməsi üçün BMT Təhlükəsizlik Şurasında bu qüvvələrin yaradılmasını dəstəkləyən xüsusi qətnamə hazırlanır. Qüvvələr BMT mandatı ilə deyil, birbaşa ABŞ-ın rəhbərliyi altında fəaliyyət göstərəcək.
Kateqoriyalar