6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Azərbaycan nümayəndələri Düşənbədə imzalanan miqrasiya sazişində iştirak edib

21-oktyabr-2025
Azərbaycan nümayəndələri Düşənbədə imzalanan miqrasiya sazişində iştirak edib
Yazı Ölçüsü:
Tacikistanın paytaxtı Düşənbədə keçirilən MDB-yə üzv ölkələrin baş prokurorlarının Koordinasiya Şurasının 35-ci iclasında Azərbaycan Baş Prokurorluğunun nümayəndələri də iştirak ediblər.
"PostMedia" xəbər verir ki, toplantı zamanı MDB dövlətlərinin baş prokurorluqları arasında qanunsuz miqrasiyaya qarşı mübarizə üzrə əməkdaşlıq sazişi imzalanıb. Bu, son 15 il ərzində imzalanan ilk çoxtərəfli razılaşmadır.
Sazişin məqsədi regionda milli və ictimai təhlükəsizliyin, eləcə də iqtisadi sabitliyin qorunması, beynəlxalq terror və ekstremizm təhlükələrinə qarşı birgə mübarizəni gücləndirməkdir.
Tədbirdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Qazaxıstan və Türkmənistandan da nümayəndələr iştirak ediblər.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031