6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

İcra başçısı “Vikipediya”sına nəzarəti itirdi

03-oktyabr-2025
İcra başçısı “Vikipediya”sına nəzarəti itirdi
Yazı Ölçüsü:
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun “Vikipediya” məlumatları müzakirələrə səbəb olub.
"PostMedia" "Pravda.az"a istinadən xəbər verir ki, Seyidovun “Vikipediya” hesabında “Tənqid” bölməsində yazılanlar icra başçısının öz məlumatlarına nəzarəti itirdiyini göstərir.
Məlumatlarda qeyd olunub ki, sələfi Rauf Mərdiyevin sədrliyi vaxtında olduğu kimi, Mirhəsən Seyidovun sədrliyi dönəmində də “İrəli” İctimai Birliyi kollektiv siyasi trollinq vasitəsilə internetdəki müzakirələri təhrif etməyə davam edib. Bildirilir ki, Mərdiyevin gedişindən sonra “İrəli” troll fəaliyyətinə davam etdirsə də, bir qədər kölgədə qalıb, lakin digərləri bu fəaliyyəti “İrəli” üzvləri kimi peşəkarcasına apara bilməyiblər.
“Vikipediya”ya nəzarətin itirilməsi sosial şəbəkələrdə müzakirələrə, tənqidlərə səbəb olub.
Xatırlatma: Mirhəsən Seyidov 2020-ci ildə Neftçala rayonuna icra başçısı təyin edilib. O, 2014-cü ildən 2020-ci ilə qədər “İrəli” İctimai Birliyinin sədri olub.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031