6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu - FOTO

25-avqust-2025
Bəxtiyar Ersay Azərbaycandakı vəzifəsindən azad olundu - FOTO
Yazı Ölçüsü:
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri Bəxtiyar Ersay vəzifəsindən azad olunub.
"PostMedia" "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, onun Türkiyədəki yeni vəzifəsi ilə əlaqədardır.
Belə ki, Bəxtiyar Ersay bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Quru Qoşunları Komandanlığının tabeliyindəki 1-ci Ordunun komandanı təyin edilib. General artıq yeni vəzifəsinin icrasına başlayıb və 1-ci Ordunun komandanı kimi “Teknofest” festivalına qatılıb.
Xatırladaq ki, avqustun 5-də B.Ersaya ordu generalı rütbəsi verilib. O, 2022-ci ildən Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031