6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Müdafiə Nazirliyi xəbərdarlıq yaydı - Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək

11-avqust-2025
Müdafiə Nazirliyi xəbərdarlıq yaydı - Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Yazı Ölçüsü:

Avqustun 11-15-i tarixlərində Ağdərə rayonu ərazisində "Gödəkburun" təlim mərkəzində müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.

"PostMedia" bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda məhv edilməsi prosesi həyata keçiriləcək:

"Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq".

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031