6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Zakir Həsənov İran generalının həlak olması münasibəti ilə başsağlığı verib

13-iyun-2025
Zakir Həsənov İran generalının həlak olması münasibəti ilə başsağlığı verib
Yazı Ölçüsü:
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı verib.
"PostMedia" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, mesajda deyilir:
 "İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması xəbəri məni dərindən kədərləndirdi.
Şəxsən tanıdığım, hər zaman öz peşəkarlığı və xoş münasibəti ilə seçilən Məhəmməd Bağeri xoş xatirələrlə yadda qalacaq.
Mərhumun ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir, səbir diləyirəm.
Allah rəhmət eləsin!"
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031