6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Natiq Pənahlıya vəzifə verildi

22-may-2025
Natiq Pənahlıya vəzifə verildi
Yazı Ölçüsü:

Jurnalist Natiq Pənahlı Dövlət Məşğulluq Agentliyində vəzifəyə təyin olunub.

"PostMedia" xəbər verir ki, o, Agentliyin Kommunikasiya departamentində müdir müavini olaraq fəaliyyət göstərəcək.

“Dövlətin məşğulluq siyasətinin icrasının uğurlu kommunikasiyasının aparılması istiqamətində görülən işlərə dəstək verəcəyəm”, - deyə o, yeni vəzifəsi barədə bildirib.

Natiq Pənahlı daha əvvəllər “Zaman-Azərbaycan” qəzetində müxbir, Xəzər TV-də Xəbərlər Departamentinin baş redaktoru, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi, COP29 Azerbaijan-da kontent koordinatoru vəzifələrində çalışıb.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031