6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

SSRİ bayrağı qaldıran şəxs vəzəifəsindən azad edilib

13-may-2025
SSRİ bayrağı qaldıran şəxs vəzəifəsindən azad edilib
Yazı Ölçüsü:

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbədənkənar iclası keçilib.

PostMedia” “Pravda.az”a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin məlumatında bildirilib.

Qeyd edilib ki, iclasda informasiya resurslarında yayılmış, İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun 2025-ci il mayın 9-da İmişlinin Sarıxanlı kəndində faşizm üzərində Qələbə günü münasibətilə təşkil olunan tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış etməsi ilə əlaqədar məsələyə baxılıb.

"İdarə Heyəti Şuranın adına ləkə gətirən hərəkətlərə yol verdiyinə, Azərbaycan Ağsaqqallar Şurasının Nizamnamə tələblərini kobud şəkildə pozduğuna görə Saleh Səmədovun İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilməsi, o cümlədən Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılması barədə qərar qəbul edib. Azərbaycan Ağsaqqallar Şurasının aparatına yerli bölmələrin fəaliyyətinə nəzarətin artırılması barədə tapşırıqlar verilib", - məlumatda deyilir.

Eyni zamanda “Azərişıq” ASC-nin "Aran" Regional Enerji Təchizatı və Satışı İdarəsinin rəis müavini olan Saleh Səmədov vəzifəsindən azad edilib.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031