Milli Məclisinin sədri Sahibə Qafarova Gürcüstanın Katolikos-Patriarxı II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə gedib.
"PostMedia" bu barədə Gürcüstüstan rəsmi qurumlarına istinadən xəbər verir.
Sahibə Qafarovanı hava limanında Gürcüstan xarici işlər nazirinin müavini qarşılayıb. O, nümayəndə heyəti ilə birlikdə dəfn mərasimində iştirak edəcək.
Mərasimdə Ermənistanı prezident Vaagn Xaçatryan təmsil edir.
II İliya martın 17-də vəfat edib. Onun nəşi martın 18-də Sameba Kafedralına aparılıb.
II İliya Sioni Kafedral Kilsəsində Müqəddəs Nino Xaçı və İveriya Müqəddəs Məryəm ikonası arasında dəfn olunacaq. Bu qərarı patriarx taxtının müvəqqəti icraçısı, mitropolit Şio verib.
Dəfn zamanı Mtsxeta-Tbilisi yeparxiyasına daxil olan bütün kilsələrdə zənglər çalınacaq. Mərasimdə yalnız din xadimləri iştirak edəcək. Möminlər isə martın 23-dən etibarən Sioni kilsəsinə daxil ola biləcəklər.
