6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Daxili xəbərlər

Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı

19-mart-2026
Azərbaycanda yeni xəbər saytı fəaliyyətə başladı
Yazı Ölçüsü:
Azərbaycanda yeni ictimai-siyasi xəbər saytı fəaliyyətə başlayıb.
"PostMedia" xəbər verir ki, "Tiraj.az” adlı onlayn platforma oxuculara ölkədə və dünyada baş verən hadisələr barədə operativ və obyektiv məlumat təqdim etməyi hədəfləyir. Sayt ictimai-siyasi xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr və araşdırmalarla da seçilməyi planlaşdırır.
Layihənin təsisçisi və baş redaktoru jurnalist Qafqaz Rafiqoğludur.
"Hazırda feyk məlumatların geniş yayıldığı bir dövrdə "Tiraj.az”ın fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Sayt bu cür informasiya mühitində etibarlı və yoxlanılmış xəbərlərin təqdim olunmasını əsas prioritetlərdən biri kimi müəyyənləşdirib. Bu yanaşma həm də saxta xəbərlərə qarşı mübarizənin bir hissəsi kimi qiymətləndirilir”, - Qafqaz Rafiqoğlu yeni layihə barədə danışarkən deyib.
Jurnalist əlavə edib ki, "Tiraj.az” müasir media standartlarına uyğun fəaliyyət göstərəcək, oxucuların maraqlarını və informasiya ehtiyaclarını ön planda saxlayacaq.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031