Birləşmiş Ərəb Əmirliklərinin Şeyx Zayed Fondu 2026-cı il üçün “İnsan Qardaşlığı” Zayed Mükafatının qaliblərini açıqlayıb.
"PostMedia" xəbər verir ki, mükafatın qaliblərinin adları Fondun rəsmi saytında dərc edilib. Qaliblər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də qeyd olunub.
Bildirilir ki, bu mükafat Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulmasına dair sazişin imzalanmasına görə təqdim olunub.
Bu saziş, Qafqazda uzun müddətdir davam edən münaqişələrə və humanitar fəlakətlərə son qoyan mühüm bir addım kimi qiymətləndirilir.
2026-cı ilin qalibləri tanınmış ictimai xadim və ekspertlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.
Mükafatların təqdimetmə mərasimi BƏƏ-nin Əbu-Dabi şəhərində fevralın 4-də keçiriləcək təntənəli bir tədbirdə baş tutacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
