N/A°C Bakı
1$ = 1.70₼
Qarabağ

Alen Simonyan: “44 günlük müharibədə həlak olanların sayı dəyişə bilər”

28-noyabr-2025
Turan Hüseynli
Alen Simonyan: “44 günlük müharibədə həlak olanların sayı dəyişə bilər”
Yazı Ölçüsü:
Bir neçə gün əvvəl sosial şəbəkədə yeni rəqəmlər açıqlayan Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib ki, 44 günlük müharibədə həlak olanların sayı dəyişə bilər, çünki hələ də itkin düşmüş şəxslər var.

PostMedia” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, simonyan sosial şəbəkədə yazdığı məlumatda 2020-ci il müharibəsi nəticəsində erməni tərəfdən 3833 nəfərin öldüyünü qeyd edib.

Onun sözlərinə görə, həlak olanlardan 3755-i hərbçi, 78-i isə mülki şəxsdir. 2022-ci ilin aprelində baş nazir Nikol Paşinyan 3825 nəfərin öldüyünü açıqlamışdı. Ermənistanın İstintaq Komitəsi isə “Joxovurd” qəzetinin sorğusuna cavab olaraq 3941 nəfərin öldüyünü bildirib.

Jurnalistlərin rəqəmlərin niyə fərqləndiyi ilə bağlı sualını cavablandıran Simonyan deyib:

“Bu rəqəmləri Ermənistan İstintaq Komitəsinin məlumatları əsasında açıqlamışam. Baş nazir də eyni rəqəmləri – cüzi fərqlə – səsləndirib. Fərq 1200 nəfər deyil. Rəqəmlər dəyişib, çünki DNT analizləri aparılıb və dəyişikliklər davam edə bilər. Hazırda 191 itkin var”.

Jurnalistlərin həlak olanların yalnız sayı deyil, adlarının da açıqlanması ilə bağlı tələbinə cavab verən Simonyan bildirib ki, bu şəxsi məlumatdır, amma gələcəkdə adların açıqlana biləcəyini də istisna etməyib:

“Qərarı mən vermirəm. Düşünürəm ki, indi bu, düzgün deyil”.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordisu genişmiqyaslı əks hücum əməliyyatlna başlayıb və 44 gün davam edən əməliuyat nəticəsində Ermənistan Baş naziri kapitulyasiya aktına imza atıb.

Kateqoriyalar