N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ | Maraqlı

Nikol Paşinyan Azərbaycan XİN rəhbəri Ceyhun bayramovun açıqlamasına münasibət bildirib

12-noyabr-2025
Turan Hüseynli
Nikol Paşinyan Azərbaycan XİN rəhbəri Ceyhun bayramovun açıqlamasına münasibət bildirib
Yazı Ölçüsü:
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun İTV-yə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
"PostMedia" xəbər verir ki, Paşinyan Qarabağ danışıqlarında dediklərinin ictimai bəyanatlarımla ziddiyyət təşkil etmədiyini qeyd edib.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib ki, Qarabağla bağlı danışıqlarda onun söylədiyi heç bir fikir ictimai şəkildə səsləndirdiyi mövqelərlə ziddiyyət təşkil etməyib.
Baş nazirin sözlərinə görə, dövlətlərarası məsələlərdə şifahi bəyanatlara istinad etmək çox da etibarlı üsul deyil.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müsahibəsi zamanı Nikol Paşinyanın Qarabağ danışıqları zamanı qəfil mövqeyini dəyişdiyini bildirmişdi.
Kateqoriyalar