N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Qarabağ

Yanvarda Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açıla bilər - Sabiq erməni deputat

05-noyabr-2025
Turan Hüseynli
Yanvarda Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açıla bilər - Sabiq erməni deputat
Yazı Ölçüsü:

“İllərdir Türkiyə–Ermənistan münasibətlərinin normallaşması üçün çalışıram və arzum budur ki, bu sərhəd mümkün qədər tez açılsın”.
PostMedia” xəbər verir ki, bunu jurnalistlərə Türkiyə parlament üzvü, erməni siyasətçi Karo Paylan bildirib.
Onun sözlərinə görə, yanvar və ya fevralda mühüm hadisələr baş verə bilər:
“Əgər hər şey yaxşı getsə, sərhədin açılması ilk mərhələdə üçüncü ölkələrin vətəndaşları üçün olacaq. Bundan bir neçə ay sonra isə ümid edirəm ki, Türkiyə və Ermənistan vətəndaşları da sərhədi keçə biləcəklər. Mən Türkiyə–Ermənistan münasibətlərinin gələcəyini çox parlaq görürəm”.
Paylan qeyd edib ki, Ankarada sərhədlərin açılması barədə siyasi iradə mövcuddur, lakin əsas maneə hələ də Türkiyə və Azərbaycanın birgə siyasət yürütməsi ilə bağlıdır:
“Uzun illərdir ki, Azərbaycan–Türkiyə və Ermənistan–Türkiyə münasibətləri bir-birinə bağlı vəziyyətdədir. Bu proseslər indi paralel şəkildə irəliləyir, və qarşıdakı aylar həm Türkiyə–Ermənistan, həm də Ermənistan–Azərbaycan normallaşması üçün həlledici olacaq”.

Kateqoriyalar