6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

Turizm Agentliyinin “Yol şousu” ləğv edildi

15-iyul-2025
Turizm Agentliyinin “Yol şousu” ləğv edildi
Yazı Ölçüsü:

Dövlət Turizm Agentliyinin (DTA) Cənubi, Şərqi Asiya və MDB ölkələrində təbliğat xidmətlərinin satın alınması ilə bağlı elan etdiyi tender baş tutmayıb.

PostMedia” xəbər verir ki, satınalma müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən ləğv edilib.

Ləğvin səbəbi kimi DTA tərəfindən 1 milyon 141 min 737 manat 32 qəpik olaraq qiymətləndirilən xidmətlər üzrə təqdim olunan təkliflərdən heç birinin şərtlər toplusunun tələblərinə uyğun olmaması, eyni zamanda qiymətləndirmənin mümkün olmaması göstərilir.

Qeyd edək ki, elan edilən tenderdə 12 adda müxtəlif xidmətlərin alınması nəzərdə tutulurdu ki, onların arasında Hindistan, Pakistan, Özbəkistan, Qazaxıstan, İndoneziya, Sinqapur Malayziyada yol şousunun (silsilə b2b tədbirlər) təşkili də yer alıb.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031