6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Turizm

Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə nümayiş etdirilib - FOTOLAR

14-aprel-2025
Azərbaycanın turizm imkanları Rusiyada silsilə tədbirlərlə nümayiş etdirilib - FOTOLAR
Yazı Ölçüsü:
Azərbaycan Turizm Bürosunun (ATB) təşəbbüsü ilə turizm sahəsində mövcud əməkdaşlığı genişləndirmək və ölkəmizin turizm imkanlarını yerli turizm sənayesi nümayəndələrinə tanıtmaq məqsədilə Rusiyanın Yekaterinburq, Tümen və Novosibirsk şəhərlərində təqdimatlar keçirilib.
"PostMedia" bu barədə Dövlət Turizm Agentliyinə (DTA) istinadən məlumat verir.
Ümumilikdə 220-yə yaxın turizm sənayesi mütəxəssisinin bir araya gəldiyi tədbirlərdə iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri ilə bağlı təqdimatlar keçirilib.
"Absheron Hotel Group", Naftalan sanatoriyaları və "Rayda Tour" kimi yerli turizm sənayesi təmsilçilərinin iştirak etdiyi B2B formatlı görüşlərdə əməkdaşlıq imkanları müzakirə olunub.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031