Ötən il Gücüstana 300 minə yaxın Azərbaycan vətəndaşı səfər edib
16-yanvar-2026
Türkan Nəbi
Yazı Ölçüsü:
2025-ci ildə Gürcüstan 5 521 866 xarici turist qəbul edib ki, bu da 2024-cü illə müqayisədə 8,4% çoxdur.
"PostMedia" xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.
2025-ci ildə Azərbaycandan Gürcüstana 292 149 səfər qeydə alınıb. Bu, bir il ərzində 33,2% artım deməkdir və Azərbaycanı ən sürətlə böyüyən bazarlardan biri edir.
Ötən Gürcüstana ən çox Rusiya, Türkiyə və Ermənistan vətəndaşları səfər edib. Azərbaycan isə bu siyahıda İsraildən sonra 5-cidir.