6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

İlk qatlana bilən "iPhone"un qiyməti məlum olub

25-noyabr-2025
İlk qatlana bilən "iPhone"un qiyməti məlum olub
Yazı Ölçüsü:

"Apple"in 2026-cı ildə təqdim edəcəyi ilk qatlana bilən "iPhone"un qiyməti 2399 dollar olacaq.

"PostMedia" xəbər verir ki, bu barədə "Fubon Research" analitiklərinin hesabatında bildirilib.

Məlumata görə, yeni model hazırkı iPhone 17 Pro Max-dan iki dəfə, Samsung Galaxy Z Fold7-dən isə 20–30% baha olacaq. Qiymətin yüksək olması ekran paneli, korpus materialları və qatlanma mexanizminin dəyərinin artması ilə izah edilir.

Analitiklərin qiymətləndirməsinə əsasən, qatlana bilən "iPhone" “qat izi olmayan” yeni nəsil ekran texnologiyası, 24 MP-lik ekranaltı ön kamera və A20 Pro (2 nm) prosessorla təchiz ediləcək.

"Fubon Research" 2026-cı ildə modelin 5,4 milyon satış göstəricisinə çatacağını proqnozlaşdırır. Buna baxmayaraq, mütəxəssislər yüksək qiymətin cihazın kütləvi bazarda məhdud auditoriya üçün nəzərdə tutulmasına səbəb ola biləcəyini qeyd edir.

"Apple"in qatlana bilən "iPhone"u 2026-cı ilin payızında təqdim edəcəyi gözlənilir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930