N/A°C Bakı
1$ = 1.70₼
HiTech

“Google Chrome” istifadəçilərinin diqqətinə: “Google Chrome” istifadəçilərinin diqqətinə: Təhlükəsizlik səbəbilə bunu edin

07-noyabr-2025
Turan Hüseynli
“Google Chrome” istifadəçilərinin diqqətinə: “Google Chrome” istifadəçilərinin diqqətinə: Təhlükəsizlik səbəbilə bunu edin
Yazı Ölçüsü:

Dünyanın ən populyar brauzeri olan “Google Chrome”un 3 milyarddan çox istifadəçisinə təcili yeniləmə və yenidən başlatma tövsiyə olunub.
PostMedia” "Forbes"ə istinadən xəbər verir ki, şirkət, son bir həftə ərzində iki fövqəladə təhlükəsizlik yeniləməsi və 20 zəiflik düzəlişindən sonra yeni, yüksək riskli boşluqların aşkarlandığını təsdiqləyib.
“Google”un məlumatına görə, beş yeni təhlükəsizlik boşluğu müəyyən edilib. Onlardan üçü yüksək risk dərəcəsinə malikdir:
CVE-2025-12725 – “WebGPU” modulunda yaddaş yazma səhvi (out-of-bounds write)
CVE-2025-12726 – Baxış komponentində uyğunsuz tətbiqetmə
CVE-2025-12727 – “V8 jаvascript” mühərrikində uyğunsuz tətbiqetmə
İki orta riskli boşluq isə “Chrome”un Omnibox (ünvan və axtarış paneli) ilə əlaqəlidir — CVE-2025-12728 və CVE-2025-12729.
Yeni “Chrome” 142 təhlükəsizlik yeniləməsi artıq yayımlanır və versiyalar bu şəkildə olacaq:
“Windows”: 142.0.7444.134/.135
“macOS”: 142.0.7444.135
“Linux”: 142.0.7444.134
“Android”: 142.0.7444.138 (“Google Play” vasitəsilə yüklənə bilər)
“Google”un nümayəndəsi Srinivas Sista bildirib ki, boşluqlara dair təfərrüatlar yalnız əksər istifadəçilər sistemi yenilədikdən sonra paylaşılacaq.
Yeniləmə avtomatik olsa da, istifadəçilərə brauzeri əl ilə yeniləmək və dərhal yenidən başlatmaq tövsiyə olunur.
Yeniləmə avtomatik başladıqdan sonra brauzeri mütləq yenidən başladın, əks halda təhlükəsizlik düzəlişləri aktiv olmayacaq.
“Google” xəbərdarlıq edir: Yeniləmə tətbiq olunmadan “Chrome”da işləməyə davam etmək, sisteminizi təhlükəyə məruz qoya bilər.

Kateqoriyalar