N/A°C Bakı
1$ = 1.70₼
HiTech

Azərbaycan vətəndaşları artıq rus messenceri “Max”da qeydiyyatdan keçə biləcək

05-noyabr-2025
Admin
Azərbaycan vətəndaşları artıq rus messenceri “Max”da qeydiyyatdan keçə biləcək
Yazı Ölçüsü:

Rusiyanın yeni messenceri "Max" artıq Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan və Özbəkistan sakinləri üçün də istifadəyə açılıb. Daha əvvəl bu tətbiqdən yalnız Rusiya və Belarus vətəndaşları yararlana bilirdi.
"PostMedia" xəbər verir ki, istifadəçilər “Max” tətbiqini telefona yükləyərək, ölkə seçimi və nömrə daxil etməklə qeydiyyatdan keçə biləcəklər. Bundan sonra SMS-lə göndərilən təsdiq kodu daxil edilir və kontaktların sinxronizasiyasına icazə verilir.
Əgər iki istifadəçi bir-birini kontakt siyahısında görmürsə, onlardan biri dəvət linki göndərə bilər.
Qeyd edək ki, oktyabrın sonunda “Max” messencerinin istifadəçi sayı 50 milyon nəfəri keçib. Platformanın beta versiyası bu ilin martında VK şirkəti tərəfindən istifadəyə verilib. Tətbiq App Store, RuStore və Google Play mağazalarında mövcuddur.

Kateqoriyalar