N/A°C Bakı
1$ = 1.70₼
HiTech

“Microsoft”: "Azərbaycan süni intellektin tətbiqi üzrə regionun liderlərindən biridir”

05-noyabr-2025
Türkan Nəbi
“Microsoft”: "Azərbaycan süni intellektin tətbiqi üzrə regionun liderlərindən biridir”
Yazı Ölçüsü:

Microsoft” süni intellektin (AI) tətbiqi səviyyəsinə dair 2025-ci il üçün qlobal hesabatını açıqlayıb.
PostMedia” xəbər verir ki, sənəddə dünyanın 170 ölkəsində süni intellekt texnologiyalarının iqtisadiyyat, elm və dövlət sektorlarında necə tətbiq olunduğu əksini tapıb.
Hesabatın nəticələrinə görə, Azərbaycanda süni intellektin tətbiqi səviyyəsi 14,2%-dir. Amma Ermənistanda süni intellektin tətbiqi səviyyəsi cəmi 6,2 % təşkil edir. Ölkəmizdən fərqli olaraq Ermənistandakı bu göstərici Avropa və Yaxın Şərq ölkələri arasında ən aşağı nəticələrdən biridir.
Hesabata görə,bu göstərici Türkiyədə 13,4 %, İranda 9,6 %, Rusiyada isə 7,6 %-ə bərabərdir.
Bu məlumatlar göstərir ki, Azərbaycan Cənubi Qafqazda rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının tətbiqi baxımından ön sırada yer alır.
Microsoft”, “Oxford Economics” və “LinkedIn Economic Graph”ın birgə hazırladığı bu araşdırmada 20242025-ci illərin məlumatlarından istifadə edib.
Qeyd olunur ki, son üç ildə 1,2 milyarddan çox insan artıq AI alətlərindən iş prosesində istifadə etməyə başlayıb.
Hesabatda vurğulanır ki, şimal ölkələrində süni intellektin tətbiqi orta hesabla 23 %, cənubda isə 13 %-dir. Bu fərqin əsas səbəbi kimi texnoloji infrastrukturun qeyri-bərabər paylanması göstərilir.
Dünya üzrə məlumat mərkəzlərinin 86 %-i isə ABŞ və Çində cəmlənib.
Ən yüksək nəticələrə malik ölkələr sırasında BƏƏ (59,4 %), Sinqapur (58,6 %), Norveç (45,3 %) və İrlandiya (41,7 %) yer alıb.

Kateqoriyalar