N/A°C Bakı
1$ = 1.70₼
HiTech

Yeni süni intellekt sistemi "Pomelli" təqdim olunub

04-noyabr-2025
Turan Hüseynli
Yeni süni intellekt sistemi "Pomelli" təqdim olunub
Yazı Ölçüsü:

"Google DeepMind" şirkəti reklam yaradılmasını tam avtomatlaşdıran "Pomelli" adlı süni intellekt sistemini təqdim edib.

"PostMedia" xəbər verir ki, Yeni platforma brendin veb-saytı, loqosu, rəng palitrası və sosial media üslubunu analiz edərək markaya uyğun reklam məzmunu, şəkillər və videolar hazırlayır. 
"Pomelli"nin əsas üstünlüyü onun adaptiv öyrənmə qabiliyyətidir – sistem hər yeni kampaniyadan nəticə çıxarır və gələcək reklam strategiyalarını təkmilləşdirir. Bu, şirkətlərə vaxt və resurs itkisini azaldaraq daha təsirli reklamlar hazırlamağa imkan verir.
"DeepMind" bildirib ki, "Pomelli" yalnız reklam istehsal etmir, həm də brendin dəyərləri və auditoriyasına uyğun marketinq strategiyaları formalaşdırır. İstifadəçilər sadəcə məhsul və hədəf auditoriyası haqqında məlumat daxil edir, süni intellekt isə hazır reklam variantlarını təqdim edir.
Hazırda sistem test mərhələsindədir və ilk olaraq ingilisdilli bazarlarda sınaqdan keçirilir. Ekspertlərin fikrincə, Pomelli yaxın illərdə reklam sənayesində süni intellekt dövrünün başlanğıcı olacaq və həm kiçik, həm də böyük bizneslər üçün yaradıcılığı tamamilə yeni səviyyəyə daşıyacaq.

Kateqoriyalar