N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Yeni nəsil flaqman prosessor mobil texnologiyada dönüş yaradıb

04-noyabr-2025
Türkan Nəbi
Yeni nəsil flaqman prosessor mobil texnologiyada dönüş yaradıb
Yazı Ölçüsü:

"Qualcomm"un ən son nəsil "Snapdragon 8 Gen 5" prosessoru texnologiya dünyasında böyük maraq doğurub.

"PostMedia" xəbər verir ki, yeni çip Snapdragon 8 Elite Gen 5 ilə eyni arxitektura üzərində qurulub və bu, şirkətin “standart” və “elit” modellər arasında texnoloji fərqi aradan qaldırdığını göstərir.
TSMC-nin 3 nanometrlik prosesi ilə istehsal olunan Snapdragon 8 Gen 5 daha yüksək enerji səmərəliliyi və performans vəd edir. Prosessor bir əsas, beş performans və iki effektiv nüvədən ibarət olacaq, həmçinin yeni Adreno GPU sayəsində qrafik gücü əhəmiyyətli dərəcədə artacaq.
Yeni nəsil NPU süni intellekt sahəsində böyük sıçrayış təmin edir — generativ AI alqoritmləri üçün optimallaşdırılmış bu modul mətn, şəkil və səs əsaslı əməliyyatları daha sürətli və dəqiq icra edəcək.
Çip həmçinin ən yeni 5G modem ilə təchiz olunacaq və sub-6 GHz, həm də mmWave diapazonlarını dəstəkləyəcək. Bu, daha sabit bağlantı və az enerji sərfiyyatı deməkdir.
Mütəxəssislərin fikrincə, Snapdragon 8 Gen 5 Qualcomm-un “bir platforma – çoxlu səviyyə” strategiyasının parlaq nümunəsidir. Eyni texnologiyanın həm flaqman, həm də daha münasib qiymətli modellərdə istifadəsi, istifadəçilərə “flagman səviyyəsində” performans tə2crübəsini daha əlçatan edəcək.
Prosessorun 2025-ci ilin sonuna qədər Samsung, Xiaomi, OnePlus və Vivo kimi aparıcı brendlərin yeni cihazlarında istifadə olunacağı gözlənilir. Bu, mobil texnologiyada daha güclü, enerjiyə qənaətcil və AI yönümlü dövrün başlanğıcı kimi qiymətləndirilir.

Kateqoriyalar