"WhatsApp" messenceri "macOS" istifadəçiləri üçün yeni fərdiləşdirmə funksiyasını istifadəyə verib.
"PostMedia" xəbər verir ki, artıq istifadəçilər çat rənglərini 38 müxtəlif çalardan seçə biləcəklər.
Yeniləmə “Parametrlər → Çatlar” bölməsində mövcuddur və 22 hazır mövzu dizaynı təqdim edir. İstifadəçi həmçinin öz fon şəkillərini və rəng çalarlarını birləşdirə, parlaqlığı tənzimləyə və müxtəlif söhbətlər üçün fərqli mövzular təyin edə bilər.
Funksiya "Mac" və "iPhone" arasında sinxronlaşmır, yəni hər cihaz üçün görünüş ayrıca tənzimlənə bilər. Yeniləmənin bütün istifadəçilərə mərhələli şəkildə təqdim edilməsi yaxın həftələrdə başa çatacaq.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
