N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Azərbaycan nümayəndələri "Xəzər Rəqəmsal Forumu"nda iştirak edib

31-oktyabr-2025
Admin
Azərbaycan nümayəndələri "Xəzər Rəqəmsal Forumu"nda  iştirak edib
Yazı Ölçüsü:
Dağıstanın Rəqəmsal İnkişaf Nazirliyi III Beynəlxalq Xəzər Rəqəmsal Forumu çərçivəsində dörd əməkdaşlıq sazişi imzalayıb. Nazir Yuri Qamzatov bu barədə danışarkən bildirib ki, sazişlərdən biri “QLOHASS” ASC və Dağıstan Dövlət Universiteti ilə birgə baza kafedrasının yaradılmasını nəzərdə tutur. "PostMedia" xəbər verir ki, forumda “Şimal–Cənub” nəqliyyat dəhlizinin inkişafı, infrastruktur və sərhədyanı əməkdaşlıq məsələləri də müzakirə olunub.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkmənistandan ticarət nümayəndələri videobağlantı ilə iştirak ediblər. Onlar rəqəmsal ticarət platformalarının (marketpleyslərin) inkişafı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
“Forumda müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan nümayəndələr iştirak edərək marketpleyslərin inkişafı və beynəlxalq rəqəmsal əməkdaşlıqla bağlı dəyərli təkliflər veriblər”- deyə, nazir qeyd edib.
Kateqoriyalar