Rusiyalı operatorlara "Telegram" və "WhatsApp"a yeni istifadəçilərin qeydiyyatı zamanı onların müqavilə tərəfdaşları vasitəsilə SMS və zəng göndərilməsini dayandırmaq tapşırığı verilib.
"PostMedia" xəbə verir ki, operatorlar artıq bu göstərişi yerinə yetirməyə başlayıblar və bu tədbir mövcud qeydiyyata alınmış istifadəçilərə də təsir göstərə bilər.
Tezliklə "Telegram" və "WhatsApp"da yeni istifadəçilərin qeydiyyatı mümkünsüz ola bilər, mövcud hesabların avtorizasiyası isə çətinləşə bilər — istifadəçilər indi alternativ metodlardan (məsələn, e-poçt vasitəsilə kod almaq və ya hesabı hazırkı anda başqa cihazda aktiv etmək) istifadə etməyə məcbur ola bilərlər.