N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Alimlər ilk dəfə “robot geyim” hazırlayıblar

29-oktyabr-2025
Admin
Alimlər ilk dəfə “robot geyim” hazırlayıblar
Yazı Ölçüsü:
Koreya Maşınqayırma və Materiallar İnstitutunun mütəxəssisləri yeni nəsil yüngül geyilə bilən robotların əsasını təşkil edən, ultra-nazik süni “toxuma əzələlərini” fasiləsiz istehsal etməyə imkan verən avtomatlaşdırılmış sistem hazırlayıblar. "PostMedia" xəbər verir ki, bu kəşf hərəkət funksiyası pozulmuş insanlara kömək edən və işçilərin fiziki yükünü azaldan robot geyimlərin kütləvi istehsalına yol açır. İşin nəticələri IEEE Transactions on Neural Systems and Rehabilitation Engineering jurnalında dərc olunub.
Yeni texnologiya qalınlığı cəmi 25 mikrometr olan forma yaddaşlı teldən istifadə edir — bu, insan saçından təxminən dörd dəfə nazikdir. Bu material yay formalı saplara bükülür və daha sonra avtomatik şəkildə elastik parça kimi toxunur. Təxminən 10 qram ağırlığında olan bu “əzələ parçası” 15 kiloqrama qədər yük qaldıra bilir. Bu da onu yumşaq ekzokeletonlar və robot geyimlər üçün ideal material edir.
Əvvəllər belə cihazlarda metal nüvədən istifadə edilirdi ki, bu da elastikliyi azaldır və avtomatik toxuma prosesini çətinləşdirirdi. Tədqiqatçılar Çol Hun Pakın rəhbərliyi ilə metal əsaslı nüvəni təbii liflə əvəz edib və konstruksiyanı təkmilləşdiriblər. Nəticədə sabit seriyalı istehsal mümkün olub. Bu texnologiya əsasında dünyanın ilk robot geyimi yaradılıb. Bu geyimin çəkisi 2 kiloqramdan azdır və təkrarlanan hərəkətlər zamanı əzələ yükünü 40%-dən çox azaldır.
Alimlər həmçinin çəkisi cəmi 840 qram olan, çiyinləri dəstəkləyən ultra yüngül robot hazırlayıblar. Bu robot əzələ zəifliyi olan xəstələrə kömək edir. Seul Milli Universiteti xəstəxanasında aparılan klinik sınaqlarda Duşen əzələ distrofiyası olan xəstələrin çiyin hərəkətliliyi 57%-dən çox artıb.
“Robot geyimlərin əsas komponenti olan toxuma əzələlərin kütləvi istehsalı üzrə texnologiyamız insanların həyat keyfiyyətinin yaxşılaşmasında mühüm rol oynayacaq”, – deyə layihə rəhbəri Çol Hun Pak bildirib.
Kateqoriyalar