6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

NVIDIA süni intellektdə yeni mərhələni təqdim edib

28-oktyabr-2025
NVIDIA süni intellektdə yeni mərhələni təqdim edib
Yazı Ölçüsü:
"NVIDIA" yeni "Audio Flamingo 3" modelini təqdim edərək süni intellektin inkişafında növbəti mərhələyə qədəm qoyub.
"PostMedia" xəbər verir ki, bu, səsi, danışığı və musiqini eyni anda anlayan multimodal sistemdir.
Model bir neçə qabaqcıl texnologiyanın birləşməsi əsasında qurulub: "AF Whisper" səs siqnallarını emal edir, adapter modulu məlumatı dil modelinə uyğunlaşdırır, "Qwen 2.5 7B" konteksti başa düşür, nitq generasiyası isə cavabları səsli şəkildə təqdim edir.
"Audio Flamingo 3" 10 dəqiqəyə qədər səs fayllarını emal edə, danışığı və emosiyaları tanıya və təbii dialoqlar qura bilir. Model həm musiqi, həm də emosional ton və mühit səsləri kimi mürəkkəb audio səhnələri analiz edə bilir.
"NVIDIA" açıqlayıb ki, bu texnologiya gələcəyin səs köməkçiləri üçün əsas olacaq — belə sistemlər insanın intonasiyasını və emosiyasını anlayaraq daha təbii ünsiyyət quracaq.
"Audio Flamingo 3" artıq NVIDIA ekosisteminə inteqrasiya olunub və PyTorch və Hugging Face platformalarında tədqiqatçılar üçün əlçatandır.
Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930