N/A°C Bakı
1$ = 1.70₼
HiTech

"Tesla" "Cybertruck" üçün pulsuz yeniləmə təqdim edib

28-oktyabr-2025
Admin
"Tesla" "Cybertruck" üçün pulsuz yeniləmə təqdim edib
Yazı Ölçüsü:
Tesla şirkəti texniki nasazlığı aradan qaldırmaq üçün Cybertruck modellərinə pulsuz proqram yeniləməsi təqdim edib.
"PostMedia" xəbər verir ki, yeniləmə OTA (Over-the-Air) texnologiyası ilə uzaqdan quraşdırılacaq, yəni avtomobili servisə aparmağa ehtiyac olmayacaq.
Şirkətin məlumatına görə, bildirişlərin göndərilməsinə 2025-ci il dekabrın 13-dən başlanacaq. Yeniləmə təhlükəsizlik və idarəetmə sabitliyini artırmağa yönəlib.
Bu həmçinin Tesla-nın proqram əsaslı avtomobil konsepsiyasının növbəti mərhələsi hesab olunur.
Qeyd edək ki, bu addım Tesla-nın son aylarda apardığı texniki yoxlamalar və geri çağırışların davamıdır. Martda şirkət ön panel qopma riski səbəbindən təxminən 46 min Cybertruck modelini geri çağırıb.
Kateqoriyalar