N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Apple" "iPhone 19"u istehsal etməyə bilər

28-oktyabr-2025
Turan Hüseynli
"Apple" "iPhone 19"u istehsal etməyə bilər
Yazı Ölçüsü:
Asiya təchizat zəncirindən əldə edilən məlumatlara görə, "Apple" 2027-ci ildə "iPhone 19"u buraxmadan birbaşa "iPhone 20" təqdim etməyi planlaşdırır — bu, şirkətin məşhur smartfonunun 20 illik yubileyi münasibətilə nəzərdə tutulub.
"PostMedia" xəbər verir ki, "Apple" həmişə simvolizm və marketinq effektinə xüsusi önəm verib: əvvəlki illərdə də şirkət nömrələmədə ənənəni pozub — məsələn, 2017-ci ildə "iPhone 8"dən dərhal sonra *iPhone X* təqdim olunmuşdu, bu isə ilk "iPhone"un onilliyinə həsr olunmuşdu.
Əgər bu məlumatlar təsdiqlənsə, "iPhone 20" yalnız yenilənmiş model olmayacaq, həm də "Apple"ın mobil cihazlarının inkişafında yeni mərhələni simvolizə edəcək. Gözlənilir ki, şirkət tamamilə yenilənmiş dizayn, daha dərin süni intellekt inteqrasiyası və əlavə reallıq cihazları ilə hibrid formalar təqdim edəcək.
Yubiley "iPhone"un rəsmi təqdimatı 2027-ci ilin payızında planlaşdırılır və analitiklərin proqnozuna görə, Apple bunu belə bir şüarla təqdim edə bilər.
Kateqoriyalar