“AYANEO” yeni portativ konsolu “Pocket AIR Mini”ni təqdim edib.
”PostMedia” xəbər verir ki, qurğu 4,2 düymlük 4:3 LCD ekran, “MediaTek Helio G90T” səviyyəsində çip, 2/3 GB RAM və 32/64 GB yaddaşla təchiz olunub.
Konsol “Android 11” əsaslı sistemdə işləyir, 4 500 mAh batareyaya və aktiv soyutma sisteminə malikdir.
Retro dizaynlı korpus üç rəng variantında təqdim edilir: “Retro White”, “Aurora Black” və əRetro Power”.
Qiyməti 69,99 ABŞ dollarından başlayan konsolun pərakəmdə satış qiyməti 89,99 dollar nəzərdə tutulub.
Qurğu köhnə 4:3 formatlı oyunları rahat oynamaq üçün optimallaşdırılıb.