N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Samsung"un "Galaxy S26 Ultra" modeli ilə bağlı yeni iddia istifadəçilərdə narahatlıq yaradıb

20-oktyabr-2025
Türkan Nəbi
"Samsung"un "Galaxy S26 Ultra" modeli ilə bağlı yeni iddia istifadəçilərdə narahatlıq yaradıb
Yazı Ölçüsü:
"Samsung" şirkəti "Galaxy S26 Ultra" modelində gözlənildiyi kimi "Snapdragon 8 Elite Gen 5" çipseti deyil, özünün yeni "Exynos 2600" prosessorundan istifadə etməyi planlaşdırır.
"PostMedia" xəbər verir ki, bu, xüsusilə “Ultra” seriyasının ən güclü versiyasını gözləyən fanatlarda məyusluğa səbəb olub. "Samsung"un daxili mənbələri "Exynos 2600"ün süni intellekt performansının "Apple"ın son çipini 6 dəfə üstələdiyini iddia edir.
Bundan əlavə, yeni "Exynos" çipində CPU gücü 15%, GPU performansı isə 75% artırılıb. Hətta "Snapdragon"la müqayisədə 30% daha yaxşı süni intellekt emalı və 29% daha yüksək qrafik imkanları vurğulanır.
Lakin keçmişdə "Exynos" prosessorlarının istilik, enerji sərfiyyatı və oyun performansı ilə bağlı problemləri istifadəçilərin yaddaşındadır. Bu səbəbdən, premium seqmentdə Snapdragon əvəzinə Exynos-un seçilməsi birmənalı qarşılanmayıb.
Mütəxəssislər bildirirlər ki, "Samsung" bu qərarı təsdiqləsə, bəzi bazarlarda alıcıların "Snapdragon" versiyasını gözləməyi və ya alternativ brendlərə yönəlməyi mümkündür. Rəsmi təsdiq isə hələlik verilməyib və şirkətin strategiyası yaxın aylarda aydınlaşacaq.
Kateqoriyalar