N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Instagram"a 18 yaş qadağası gəlir

15-oktyabr-2025
Türkan Nəbi
"Instagram"a 18 yaş qadağası gəlir
Yazı Ölçüsü:
"Meta" gənc istifadəçilərin təhlükəsizliyini artırmaq üçün "Instagram"da yeni dövrə başlayır. Platforma, kino sənayesində istifadə olunan "PG-13" reytinq sisteminə əsaslanaraq 18 yaşdan aşağı istifadəçilərin görə biləcəyi məzmunları məhdudlaşdıracaq.
"PostMedia" xəbər verir ki, Keçən il hesabların gizlilik parametrlərini dəyişən "Instagram" bu dəfə daha sərt addım atır və məzmun filtrini aktivləşdirir.
"Meta"nın məlumatına görə, ilin sonuna qədər "PG-13" standartına əsaslanan yeni siyasət tətbiqə alınacaq.
Yenilik yalnız paylaşılan məzmunla məhdudlaşmayacaq. “Instagram”, süni intellekt əsaslı söhbət botlarının da uşaqlarla uyğun olmayan dildə ünsiyyət qurmasının qarşısını alacaq. ABŞ-də qanunvericilərin diqqət mərkəzinə düşən bu botlar, artıq yaşa uyğun olmayan heç bir cavab verə bilməyəcək.
Kateqoriyalar