"Google" yeni "Pixel 10 Pro Fold" modelində istifadə etdiyi dişsiz qatlanma mexanizmini (gearless hinge) təqdim edib.
"PostMedia" xəbər verir ki, bu yeni mexanizm, əvvəlki modellərdəki dişli mexanizmlərə nisbətən daha az aşınma riski daşıyır və cihazın ümumi davamlılığını artırır. Bu yenilik, "Pixel 10 Pro Fold"un "IP68" su və toz müqaviməti sertifikatına sahib olmasına da imkan yaradıb.
Yeni dizaynı cihazın daha incə və kompakt olmasına kömək edir. "Pixel 10 Pro Fold"un açıldığında 8 düymlük "Super Actua Flex" ekranı və 6.4 düymlük xarici ekranı vardır.
Hər iki ekran 3000 nit parlaqlıq səviyyəsinə çatır, bu da günəş işığında belə aydın görüntü təmin edir .
Cihazın batareyası 5015 mAh gücündədir və 30 dəqiqə ərzində 50% enerji doldurma qabiliyyətinə malikdir. Həmçinin, "Qi2" simsiz enerji dəstəyi və "PixelSnap" maqnitli enerji stendi ilə təchiz olunub.
"Pixel 10 Pro Fold"un qiyməti 256 GB yaddaşlı versiyası üçün 1 799 ABŞ dollarıdır.