"Apple"ın ilk qatlanan smartfonu yeni titan və alüminium ərintisindən hazırlanacaq.
"PostMedia" xəbər verir ki, bu barədə ixtisaslaşmış texnoloji nəşr "9to5Mac" məlumat yayıb.
Məşhur analitik Ceff Punun açıqlamasına görə, yeni ərinti sayəsində cihaz həm yüksək möhkəmliyə, həm də nisbətən az çəkiyə malik olacaq. Hazırda titan yalnız "iPhone Air2 modellərində istifadə olunur, flaqman "iPhone 17 Pro" və "17 Pro Max" isə alüminium korpusludur.
İlin əvvəlində tanınmış insayder Min-Çi Ko bildirmişdi ki, "iPhone Fold"un möhkəmliyinin sirri onun konstruksiyasında olacaq. Qurğunun titan və poladdan hazırlanmış menteşəsi (bükülmə hissəsi) olacaq, korpus isə tam titandan düzəldiləcək.
Məlumata görə, ilk qatlanan iPhone kitab formasında (fold-book formatında) hazırlanacaq:əsas ekranın diaqonalı təxminən 7,8 düym, xarici ekranın isə 5,5 düym olacaq.
Yeni modeldə "Face ID" əvəzinə "Touch ID2 barmaq izi skaneri istifadə ediləcək. "Apple"ın qatlanan flaqmanı 2026-cı ilin payızında təqdim olunacaq.
Bundan əvvəl “M.Video” mağazalar şəbəkəsi bildirmişdi ki, "iPhone 172 seriyasının satışları "iPhone 16" modelləri ilə müqayisədə 40% artıb.