N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

ETX rəisi: “ Azərbaycanda fərdi məlumatların qorunmasına dair yeni qanun layihəsi hazırlanır”

09-oktyabr-2025
Türkan Nəbi
ETX rəisi: “ Azərbaycanda fərdi məlumatların qorunmasına dair yeni qanun layihəsi hazırlanır”
Yazı Ölçüsü:

Azərbaycanda rəqəmsal təhlükələr fonunda fərdi məlumatların istifadəsinə nəzarəti gücləndirmək məqsədilə yeni qanun layihəsi üzərində iş aparılır.

PostMedia” xəbər verir ki, barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin rəisi Fərid Zeynalov “Critical Infrastructure Defence Challenge 2025” (CIDC-2025) tədbirində çıxışı zamanı məlumat verib.

Zeynalov bildirib ki, artıq demək olar ki, hər evdə internetə qoşulan çoxsaylı cihazlardan istifadə olunur və bu, kibertəhlükəsizlik risklərini kəskin şəkildə artırır. Onun sözlərinə görə, bu cihazlar vasitəsilə istifadəçilərin şəxsi və biometrik məlumatlarının toplanması genişmiqyaslı təhlükə yaradır.

Rəsminin sözlərinə görə, hazırlanmaqda olan sənəd fərdi məlumatların qorunması ilə bağlı mövcud hüquqi bazanı yeniləməyə və müasir rəqəmsal çağırışlara uyğunlaşdırmağa xidmət edəcək. Layihənin əsas məqsədi vətəndaşların rəqəmsal məkan daxilində təhlükəsizliyini təmin etməkdir.

Kateqoriyalar