"Apple" şirkətinin 14 düymlük "MacBook Pro" "M4" çipli modellərinin tədarükündə gecikmələr müşahidə olunur.
"PostMedia" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumatda deyilir ki, əsas 14 düymlük "M42 modeli yalnız 23–28 oktyabr tarixləri arasında istifadəçilərə çatdırılacaq. Eyni zamanda, 2M4 Pro2 və 2M4 Max" (14 və 16 düymlük korpuslarda) modelləri artıq 15 oktyabrdan tədarük üçün mövcuddur.
Bundan əlavə, ABŞ-ın Federal Rabitə Komissiyası (FCC) ötən həftə bir sıra gələcək cihazlarla bağlı məlumat açıqlayıb. Sənədlərdə yalnız bir "MacBook Pro" modeli qeyd olunub ki, bu da qeyri-adi hal sayılır və "M5", "M5 Pro" və "M5 Max" çipli modellərin ayrı-ayrı təqdim olunacağını göstərə bilər.