N/A°C Bakı
1$ = 1.70₼
HiTech

Çində dünyanın ilk sualtı məlumat emalı mərkəzi yaradılıb

07-oktyabr-2025
Türkan Nəbi
Çində dünyanın ilk sualtı məlumat emalı mərkəzi yaradılıb
Yazı Ölçüsü:

Çinin cənubunda dünyanın ilk sualtı məlumat emalı mərkəzi istifadəyə verilib.

"PostMedia" xəbər verir ki, bu barədə" South China Morning Post" (SCMP) nəşri məlumat yayıb.
Layihə meneceri Pu Dinqin sözlərinə görə, çəkisi min tondan çox olan məlumat kapsulları dərinlikdə dənizin dibinə yerləşdirilib və su onların soyudulmasına təbii şəkildə kömək edir. Hər kapsul 35 metr dərinlikdə yerləşir və 24 server şkafı ehtiva edir — bu isə 400–500 serverin yerləşdirilməsinə imkan verir.
Pu Dinqin qeyd edib ki, sualtı məlumat mərkəzləri yerüstü mərkəzlərlə müqayisədə soyutma üçün enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır və bu da istismar xərclərinin aşağı düşməsinə səbəb olur.
Xatırladaq ki, sentyabrın 14-də Tom’s Hardware 500 GB-dan çox daxili məlumatın — o cümlədən “Böyük Çin Firewall” sisteminə aid məxfi sənədlərin və mənbə kodlarının sızdığını bildirmişdi. Hadisənin Geedge Networks şirkəti və Çin Elmlər Akademiyasının MESA laboratoriyası ilə əlaqəli olduğu güman edilir.

Kateqoriyalar