Populyar onlayn musiqi platforması "Spotify" Türkiyədə abunə qiymətlərini artırıb.
"PostMedia" xəbər verir ki, şirkət eyni zamanda yeni istifadəçilər üçün bir aylıq pulsuz sınaq müddətini də ləğv edib.
Buna görə, fərdi abunə 2.4 manat (-dən 99 T-ə, tələbə paketi 32,99 TL-dən 55 TL-ə, Duo paketi 79,99 TL-dən 135 TL-ə, Ailə paketi isə 99,99 TL-dən 165 TL-ə yüksəlib. Qiymət artımı təxminən 66% təşkil edir.
Eyni zamanda, "Spotify"ın qurucusu və CEO-su Daniel Ek vəzifəsini tərk edəcəyini açıqlayıb. 1 yanvar 2026-cı ildən etibarən Ek idarə heyətinin sədri olacaq, onun yerinə isə şirkətin həmtəsisçiləri Alex Norström və Gustav Söderström “ikiqat CEO” olaraq təyin ediləcəklər. Ek yeni dönəmdə uzunmüddətli strategiya və tənzimləmələrə fokuslanacağını bildirib.
Digər tərəfdən, "Spotify" Türkiyədə Rekabet Kurumu tərəfindən araşdırma altındadır. Qurum şirkətin diskriminasiya və yıxıcı qiymət siyasəti ilə bağlı iddiaları qiymətləndirir. Bu çərçivədə Spotify’ın çalma siyahıları, alqoritmləri və qiymət siyasətinin rəqabəti çətinləşdirib-çətinləşdirmədiyi araşdırılacaq.