6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"The Verge": "Google AI" Trampın sağlamlığı barədə suala cavab verməyib""

01-oktyabr-2025
"The Verge": "Google AI" Trampın sağlamlığı barədə suala cavab verməyib""
Yazı Ölçüsü:
"Google"un yeni süni intellekt funksiyası "AI Overviews" ABŞ Prezidenti Donald Tramp haqqında verilən “Onda demensiya varmı?” sualına cavab verməyib.
"PostMedia" xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.
Adətən bu funksiya internetdəki məqalələrdən qısa məlumat toplayıb cavab verir, amma bu dəfə “mövzu üzrə cavab yoxdur” mesajı göstərilib.
Jurnalistlər bildirirlər ki, "Google AI" Trampın demensiya (yaddaş və düşünmə zəifliyi) və ya Altzeymer xəstəliyi ilə bağlı suallara cavab vermir. Oxşar məhdudiyyətlər Co Baydenlə bağlı sorğularda da var.
"Google" nümayəndəsi isə açıqlayıb ki, bəzi mövzularda süni intellektin cavab verməməsi mümkündür.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031