N/A°C Bakı
1$ = 1.70₼
HiTech

Hakerlər bu oyunu oynayanların pullarını ələ keçirir

23-sentyabr-2025
Türkan Nəbi
Hakerlər bu oyunu oynayanların pullarını ələ keçirir
Yazı Ölçüsü:

“Steam” platformasında yerləşdirilən “BlockBlasters” oyununun zərərli proqram təminatı ilə yoluxduğu üzə çıxıb.

PostMedia” xarici KİV-lərə istinadən xəbər verir ki, nəticədə təxminən 500 oyunçu öz kriptovalyutasını itirib.

Hadisə xeyriyyəvi strim zamanı üzə çıxıb: bloqer Raivo Plavnieks 4-cü mərhələ sarkomanın müalicəsi üçün ianə toplayarkən, canlı yayımda onun kripto pulqabısından 32 min dollar yoxa çıxıb.

Kibertədqiqat qrupu “VXUnderground”un məlumatına görə, ümumi zərər 150 min dollar təşkil edib.

Məlum olub ki, hakerlər “Steam”in təhlükəsizlik sistemini aldatmaq üçün əvvəlcə 30 iyulda oyunu “təmiz” versiyada buraxıblar. Bir ay sonra isə virusu adi yeniləmə adı altında əlavə ediblər.

“Valve” artıq oyunu “Steam”dən silib.

Kateqoriyalar