Sentyabrın 4-də dünya üzrə milyonlarla istifadəçi "Google" axtarış sisteminə girişdə çətinliklərlə üzləşib. Sosial media və texnologiya monitorinqi saytlarında istifadəçilər bu barədə məlumat paylaşıblar.
"PostMedia"nın verdiyi məlumata görə, bu problemlər Azərbaycanda da müşahidə edilib. "Google"un axtarış və digər xidmətlərinə girişdə çətinliklər yaranıb. Eyni zamanda, müxtəlif ölkələrdən gələn şikayətlərdə "Google"un axtarış və digər funksiyalarının işləmədiyi bildirilib. Hələ ki, şirkət bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xüsusilə ABŞ, Avropa və Asiyada bəzi istifadəçilər axtarış sorğularına cavab ala bilmədiklərini və səhifələrin yüklənmədiyini bildiriblər. Bu hadisə "DownDetector" kimi platformalarda da qeyd olunub.
Texnologiya analitikləri "Google"un xidmətlərində server problemləri, texniki yenilənmələr və ya regional fasilələr ola biləcəyini düşünürlər.