N/A°C Bakı
1$ = 1.70₼
HiTech

İki saxta dövlət domeni üzə çıxarıldı

03-sentyabr-2025
Turan Hüseynli
İki saxta dövlət domeni üzə çıxarıldı
Yazı Ölçüsü:

Cari ilin avqust ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 39 kiberhücum indikatoru müəyyən edilib.
Bu barədə “PostMedia” quruma istinadən xəbər verir.
Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb.
Avqust ayı ərzində XRİTDX tərəfindən görülmüş tədbirlər nəticəsində “AzStateNet” şəbəkəsi üzrə 31 759 074 zərərli keçid, "Sandbox" mühafizə sistemi vasitəsilə 8 408 zərərverici tərkibli elektron sənəd, həmçinin dövlət qurumlarının son istifadəçilərinin qoşulduğu mərkəzləşdirilmiş təhlükəsizlik həlli üzrə 2 850 500 zərərli fəaliyyət bloklanıb.
Bununla yanaşı kiberkəşfiyyat imkanlarından istifadə etməklə avqust ayı ərzində dövlət qurumlarının domenlərinə bənzədilmiş 2 saxta domen aşkarlanaraq bloklanması həyata keçirilib.

Kateqoriyalar