6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

ETX-dən xəbərdarlıq: "Telegram"da yeni dələduzluq halları aşkar edilib

03-sentyabr-2025
ETX-dən xəbərdarlıq: "Telegram"da yeni dələduzluq halları aşkar edilib
Yazı Ölçüsü:

"Telegram" platforması üzərindən yeni dələduzluq halları müşahidə olunmaqdadır.

"PostMedia" xəbər verir ki, bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyi (RİNN) tabeliyində Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda qeyd edilir.

ETX xəbərdarlıq edir ki. platforma istifadəçilərinə “Hi, şəkilləriniz…” tipli mesajlar göndərilir və həmin mesajların davamında şübhəli keçidlər paylaşılır.

İstifadəçi həmin keçidə daxil olduqda, müvafiq ölkəni seçmək, telefon nömrəsini daxil etmək və gələn təsdiqləmə kodunu yazmaq tələb olunur.

Bu üsulla istifadəçilərin "Telegram" hesabları ələ keçirilir.

Daha sonra isə ələ keçirilmiş hesablar vasitəsilə başqa şəxslərə qarşı da eyni dələduzluq halları davam edir.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, şübhəli keçidlərə daxil olmamağı, telefon nömrəsi və təsdiqləmə kodlarını paylaşmamağı, hesablarda təhlükəsizliyi təmin etmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktiv etməyi tövsiyə edir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031