N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Google" banklar üçün blokçeyn platformasını təqdim edib

29-avqust-2025
Turan Hüseynli
"Google" banklar üçün blokçeyn platformasını təqdim edib
Yazı Ölçüsü:
"Google" "Cloud Universal Ledger" (GCUL) adlı paylanmış reyestr əsaslı platformanı maliyyə qurumları və kapital bazarı iştirakçıları üçün təqdim edib.
"PostMedia" xəbər verir ki, GCUL xidmət kimi işləyir və kommersiya banklarında hesabların idarə olunmasını, həmçinin onlar arasında köçürmələri sadələşdirir. Sistemdən vahid "API" vasitəsilə istifadə etmək mümkündür.
Platforma aşağı komissiyalarla, demək olar ki, ani sürətlə və 24/7 rejimində transsərhəd ödənişlər həyata keçirməyə imkan verir. Sistem "KYC" və digər tənzimləyici normaların tələbləri nəzərə alınaraq hazırlanıb. Şirkətin bəyanatına görə, açıq blokçeynlərdən fərqli olaraq, GCUL-də əməliyyat haqları sabit və şəffafdır.
Həll banklara və maliyyə vasitəçilərinə yönəlib. "Google Cloud" infrastruktur təmin edir, lakin müştərilər öz məhsullarına tam nəzarəti saxlayır. Şirkət GCUL-i mövcud biznes modellərinə əlavə kimi təqdim edir, rəqib kimi yox.
Platforma həmçinin kapital bazarlarına da hədəflənib. O, rəqəmsal aktivlərin buraxılışını, idarə olunmasını və hesablaşmalarını (o cümlədən atomar svopları) sadələşdirir.
"Google Cloud" öz yanaşmasını “inqilab yox, təkamül” adlandırıb. GCUL paylanmış reyestr texnologiyasının üstünlüklərindən istifadə edir, lakin kommersiya banklarının mövcud pullarına və maliyyə tənzimlənməsinə əsaslanır.
“Birinci səviyyə blokçeynlər haqqında söhbətlər "Google"un öz "L1"i üzərinə diqqəti çəkib. Əgər siz şəbəkə yaradırsınızsa, o, nəyiləsə seçilməlidir”, — deyə "Google Cloud"un "Web3" strategiya rəhbəri Riç Vidman (Rich Widmann) bildirib.
Onun sözlərinə görə, GCUL korporasiyanın illərlə aparılan tədqiqat və inkişaf işlərinin nəticəsidir. Platforma maliyyə institutlarına məhsuldar, “tam neytral” blokçeyn təqdim edir və "Python" dilində smart-kontaktları dəstəkləyir.
Widmann qeyd edib ki, "Tether-in Circle"un, yaxud "Adyen"in "Stripe"ın blokçeynindən istifadə etməsi ehtimalı azdır, lakin istənilən maliyyə qurumu GCUL əsasında məhsullar yarada bilər.
Rəhbər əlavə edib ki, dünyanın ən böyük əmtəə birjalarından biri olan "CME Group" artıq "Universal Ledger"dən tokenləşdirmə və ödəniş imkanlarını araşdırmaq üçün istifadə edir.
"Dragonfly" fondunun “Omar” ləqəbli investorunun məlumatına görə, blokçeyn hazırda qapalı test mərhələsindədir.
Xatırladaq ki, 29 oktyabrdan etibarən "Google Play" kriptovalyuta cüzdanları ilə bağlı tətbiqlər üçün siyasətini yeniləyəcək.
Kateqoriyalar