6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

"Starlink" Azərbaycana hesabat verəcək

26-avqust-2025
"Starlink" Azərbaycana hesabat verəcək
Yazı Ölçüsü:

Azərbaycanın telekommunikasiya və poçt sahələri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) əməkdaşları ilə “Starlink” şirkətinin nümayəndələri arasında onlayn görüş keçirilib.

"PostMedia" İKTA-ya istinadən xəbər verir ki, görüşdə “Starlink”in bazara giriş üzrə direktoru Rebeka Hanter və “Starlink Azerbaijan” MMC-nin nümayəndələri iştirak ediblər.

İKTA rəsmiləri ilk olaraq tənzimləyici qurumun əsas vəzifə və səlahiyyətləri haqqında məlumat veriblər. Daha sonra qeyd edilib ki, telekommunikasiya operatoru kimi “Starlink Azerbaijan” MMC də fəaliyyətinin müxtəlif aspektlərini əks etdirən hesabat təqdim etməlidir.

Görüş zamanı peyk telekommunikasiya operatorunun Agentliyə təqdim edəcəyi hesabat formaları, onların təqdim edilməsi qaydaları və digər vacib məsələlər haqqında müzakirələr aparılıb.

Eyni zamanda İKTA-nın fəaliyyəti, Azərbaycan telekommunikasiya mühiti və başqa maraq doğuran mövzular ətrafında “Starlink” nümayəndələrinin sualları cavablandırılıb.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930