N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

“Aztelekom” abonentlərə “Wi-Fi Mesh Router” avadanlıqları satacaq

13-avqust-2025
Türkan Nəbi
“Aztelekom” abonentlərə “Wi-Fi Mesh Router” avadanlıqları satacaq
Yazı Ölçüsü:
“Aztelekom” MMC abonentlərə “Wi-Fi Mesh Router” avadanlıqlarının satışını həyata keçirəcək.
PostMedia”nın əldə etdiyi məlumata görə, bununla bağlı, quruma Rəqabət Məcəlləsinin 39.2.1-ci maddəsi əsasında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi tərəfindən razılıq verilib.
Qeyd edək ki, “Aztelekom” “Genişzolaqlı internet xidmətləri” bazarında abonentlərə münasibətdə endirimli qiymətlərlə müxtəlif məhsullarının təqdim edilməsi ilə də bağlı Dövlət Agentliyindən razılıq alıb.
Xatırladaq ki, "Wi-Fi Mesh" sistemi, internet siqnalını geniş ərazilərə bərabər və sabit şəkildə yaymaq üçün nəzərdə tutulmuş bir texnologiyadır. Ənənəvi "router" (marşrutlayıcı) yalnız bir nöqtədən siqnal göndərdiyi halda, "Mesh" sistemi bir neçə cihazdan ibarət olur və bu cihazlar bir-biri ilə əlaqədə qalaraq şəbəkəni vahid formada idarə edirlər. 
Kateqoriyalar