6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

XRİTDX 7 ay ərzində 1 milyondan artıq zərərli elektron poçtu bloklayıb

11-avqust-2025
XRİTDX 7 ay ərzində 1 milyondan artıq zərərli elektron poçtu bloklayıb
Yazı Ölçüsü:

Cari ilin yanvar-iyul ayları ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən aparılan monitorinq və analizlər nəticəsində 573 kiberhücum indikatoru müəyyən edilib.

Bu barədə "PostMedia"ya Dövlət Xidmətindən məlumat verilib.

Sözügedən kiberhücum indikatorlarının bloklanması nəticəsində dövlət qurumlarına qarşı hazırlanmış və xüsusi hədəflənmiş APT (“Advanced Persistent Threat”) kiberhücumların qarşısı alınıb. Müəyyən edilmiş indikatorlardan 206-sı Xidmətin daxili araşdırmaları, 367-si isə dövlət qurumlarının müraciətləri əsasında aşkarlanıb.

XRİTDX-in daimi nəzarəti altında fəaliyyət göstərən dövlət elektron poçt xidməti üzrə bu ilin 7 ayı ərzində 7,455,124 elektron poçt emal olunub. Onlardan 6,103,281-i təhlükəsiz olduğundan istifadəçilərə çatdırılıb, 1,351,843-ü isə zərərli tərkibli müəyyən edilərək bloklanıb.

XRİTDX informasiya təhlükəsizliyi sahəsində davamlı və qabaqlayıcı tədbirlər həyata keçirməklə dövlət qurumlarının rəqəmsal mühitdə fasiləsiz və təhlükəsiz fəaliyyətini etibarlı şəkildə təmin edir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930