6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Naxçıvanda “N-Telekom” və “Naxçıvanpoçt” yenidən təşkil edilib

08-avqust-2025
Naxçıvanda “N-Telekom” və “Naxçıvanpoçt” yenidən təşkil edilib
Yazı Ölçüsü:

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “N-Telekom” və “Naxçıvanpoçt” publik hüquqi şəxsləri yenidən təşkil edilib.

PostMedia” xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Fərmana imzalayıb.

"N-Telekom” publik hüquqi şəxsi “Naxçıvan Telekom” MMC-yə, “Naxçıvanpoçt” publik hüquqi şəxsi isə “Naxçıvanpoçt” MMC-yə çevrilir.

Yeni yaradılan məhdud məsuliyyətli cəmiyyətlərin ümumi yığıncaqlarının səlahiyyətləri Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyi arasında bölüşdürülüb.

Buraya rəhbərlərin təyin edilməsi və azad olunması, struktur və əməkhaqqı sisteminin təsdiqi, nizamnamələrin qəbul edilməsi, filial və nümayəndəliklərin yaradılması, illik maliyyə hesabatlarının təsdiqi kimi məsələlər daxildir.

Fərmana əsasən, Nazirlər Kabineti, Nazirlik və digər aidiyyəti qurumlara normativ-hüquqi aktların uyğunlaşdırılması və yeni nizamnamələrin təsdiqi üçün konkret müddətlər verilib.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930