N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

HiTech

Dövlət Xidməti Qlobal İnternet şəbəkəsinə qoşulma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

04-iyul-2025
Turan Hüseynli
Dövlət Xidməti Qlobal İnternet şəbəkəsinə qoşulma ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib
Yazı Ölçüsü:

Ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunub.

"PostMedia" xəbər verir ki, bu Azərbaycan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin yaydığı açıqlamada qeyd edilib.

Son zamanlar baş verən hadisələrin fonunda bəzi media subyektlərində ölkəmizin Qlobal İnternet şəbəkəsinə bağlantısında problemlərin yaranma ehtimalı və informasiya təhlükəsizliyinə təhdidlərlə bağlı məlumatlar yayılmaqdadır. Qeyd olunan narahatlıqlarla əlaqədar bildirmək istəyirik ki, ölkəmizin əsas internet daşıyıcıları tərəfindən Qlobal İnternet şəbəkəsinə bağlantı mübadilə olan internetin tutumu nəzərə alınmaqla coğrafi baxımdan bir neçə istiqamətdə alternativlərlə tam təmin olunub. Bu səbəbdən də ölkəmizin internet trafikinin daşınmasında konkret bir ölkədən asılılığı yoxdur.

Eyni zamanda bildirmək istəyirik ki, "AzstateNet" şəbəkəsi üzərindən fəaliyyətləri təmin olunmuş dövlət informasiya ehtiyatlarının internet təminatında alternativlik prinsipi tətbiq olunub, informasiya təhlükəsizliyi üzrə tədbirlər isə 24/7 rejimində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən monitorinq olunmaqdadır.

Kateqoriyalar